Şahzadə Harrinin yanvarda nəşr olunan "Ehtiyat" kitabının əks-sədaları davam edir.
Hafta.az-ın “The Sun”a istinadən yazdığına görə, Kral III Çarlz şahzadə Harri və Meghan Markleni Frogmore Kottec adlı malikanədən çıxarır. Cinsi təcavüz qalmaqalı ilə reputasiyası sarsılan şahzadə Endrü bura yerləşdirilib.
Mənbələrdən biri “Page Six”ə bildirib ki, əslində evdən çıxarılma prosesi şahzadə Harrinin tərcümeyi-halının yayımlanmasından dərhal sonra başlayıb. "Bu qovulma Harri və Meqanın Böyük Britaniyada keçirəcəkləri vaxtın başa çatması deməkdir", - yazıb “The Sun”.
Xəbərlərdə İngiltərə sülaləsinin ikili üçün başqa məkan təklif etmədiyi də vurğulanıb. Harry və Meghan cütlüyünün buradakı əşyalarını ABŞ-a köçürmək cəhdlərinə başladığı da iddia edilib.
Bununla belə, şahzadə Endrüdən bu hərəkətə yaxşı cavab verəcəyi gözlənilmir. Çünki təklif olunan yer indiki yaşayış yerindən xeyli kiçikdir. Məsələn, hazırda qaldığı Royal Lodge-da 30 yataq otağı, təklif olunan malikanədə isə cəmi 5 yataq otağı var.
Cefri Epşteynin seks qalmaqalında adı keçən şahzadə Endrünün qardaşının qərarına qarşı dirəndiyi də iddia edilib. “The Sun” yazır: “Keçən həftə Endrüyə Frogmore Kottecinə köçmək təklifi ediləndən bəri o, müqavimət göstərir. Ancaq bu, Harri və Meghanın bu evakuasiyanı dayandırmaq üçün çox zəif olduğunu göstərir".
Şahzadə Harrinin kitabı yayımlandıqdan sonra atası ilə danışmadığını irəli sürən mənbələr, köçmək barədə qərarın ata və oğul arasında yeganə ünsiyyət olduğunu qeyd edirlər. Digər tərəfdən, Harri və Meghanın mayın 6-da Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib-etməyəcəyi hələ məlum deyil. Mənbələrə görə, Kral III Çarlz kiçik oğlunu çoxdan dəftərdən silib...