Kraliça Elizabetin ölüm səbəbi məlum olub

19:38 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərə kraliçası ən uzun müddət taxtda monarx Elizabetin ölüm şəhadətnaməsi bu gün açıqlanıb. Ölüm haqqında şəhadətnamədə kraliçanın ölüm səbəbinin "qocalıq" olduğu qeyd edilib.

Hafta.az bildirir ki, sentyabrın 8-də vəfat edən Kraliça II Yelizavetanın ölüm şəhadətnaməsi dərc edilib.
Şotlandiyanın Milli Reyestrinin (NRS) açıqladığı ölüm şəhadətnaməsinə əsasən, 96 yaşlı Kraliça sentyabrın 8-i cümə axşamı saat 15:10-da Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın ölümü təxminən üç saat yarım sonra dünyaya elan edilib.

Kraliçanın ölüm şəhadətnaməsini qızı Şahzadə Anna imzaladığı öyrənilib.