Krasnodardakı toyda yeni evlənən cütlük avtomat atəşləri ilə qarşılandı, yol bağlandı...FOTOLAR +VİDEO

18:14 25.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Krasnodar şəhərində keçirilən toy zamanı 100-ə yaxın adam magistral yolu bağlayıb və “AK-47”(“Kalaşnikov”) avtomat tüfənglərindən atəş açmağa başlayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Mash” telegram-kanalı məlumat yayıb.

Məlumata görə, “səs-küylü” toy fevralın 24-də olub.

Qonaqlar yeni evlənənləri avtomat atəşi ilə “salamlayıb”, bundan sonra kortej şəhəri gəzib.

Bir müddət sonra Yeysk şossesində 40 avtomobil dayanaraq rəqs etmək üçün yolu bağlayıb. Toy iştirakçıları havaya boş patronlar atdıqlarını açıqlayıblar.

Hazırda polis cinayəti törədənlərin - toy məclisinin silahlı qonaqlarını axtarır. İlkin məlumata görə, avtomatdan atəş açan şəxslrədən biri müəyyən edilib – o, 22 yaşlı şəhər sakini olub. İfadəsində həmin şəxs bildirib ki, toyda təntənə üçün atəş açılmasını uyğun hesab edib.

Qeyd edək ki, bəzi mənbələr toy edənlərin azərbaycanlı olduqlarını bildirirlər.

Oxunma sayı 120