Kredit tarixçəsi korlananlar nə etməli – EKSPERT RƏYİ

14:49 17.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əvvəlllər kredit tarixçəsi korlanmış vətəndaşların kredit əldə etməsi mümkün deyildi.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib:

“Səhv etmirəmsə, hazırda 3 ildən sonra vətəndaşın adı “qara siyahı”dan silinir və artıq vətəndaş 3 ildən sonra kredit götürə bilər. Əslində banklar krediti vətəndaşın mərkəzləşdirilmiş kredit reyestrindəki məlumatları əsasında verir. Yəni, bank tərəfindən vətəndaşın krediti ödəmə qabiliyyəti, məsuliyyəti və digər faktorlar qiymətləndirilir. Mərkəzləşdirilmiş kredit reyestrində mənfi göstəricisi olan vətəndaş banklar üçün riskli hesab olunur. Heç bir bank da vəsaitini riskləri qiymətləndirmədən verə biləz. Bundan başqa, vətəndaşın krediti gecikdirməsinə görə “qara siyahı”ya salınmasına müxtəlif cür yanaşılır. Məsələn, bir il ərzində gecikmə neçə ay olub, birbaşa ödəmədən imtina olunubmu, bir ayda gecikmə neçə gün olub və s. Yəni, gecikmənin özünün səviyyələri var. Buna görə düşünürəm ki, məsələn, vətəndaş krediti 10 gün gecikdirdisə, o “qara siyahı”ya dərhal düşmür. Bunun üçün vətəndaşın krediti daha uzunmüddətli gecikdirməsi lazımdır. “Qara siyahı”təcrübəsi bütün dünyada tətbiq olunur. Çünki bu məlumatlar olmadan risklərin qiymətləndirilməsi mümkün deyil”.