Kremlin məqsədi Qarabağda Krım ssenarisini... - ZELENSKİNİN ADAMI DANIŞDI

17:03 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya hazırda dünyanın diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün “Qarabağ ermənilərinin problemini şişirdir”.

“Qarabağ ermənilərinin probleminin nə üçün “şişirilməsinin” üç aspektinə nəzər salaq. Birincisi, diqqəti qismən yayındırmaq və onu Ukrayna müharibəsindən hansısa başqa münaqişə nöqtələrinə çevirməkdir ki, bütün dünya ora baxsın.

İkinci vəzifə ondan ibarətdir ki, Rusiya bu və ya digər şəkildə eyni KTMT-də öz dominant mövqeyini bərpa etmək istəyir və göstərmək istəyir ki, bu cür münaqişələrin, o cümlədən Ermənistanla Azərbaycan arasında həllində vasitəçi kimi çıxış edə bilər.

Və nəhayət, üçüncüsü, Azərbaycan və Türkiyəni vasitəçilik funksiyası baxımından daha çox Rusiyayönümlü etmək üçün münaqişələri canlandırmaq yolu ilə onlara təzyiq etməkdir”.

Podolyak qeyd edib ki, əslində Kreml Krım ssenarisini canlandırmaq niyyətindədir: “Krım ssenarisi üzrə irəliləmək cəhdi olacaq və feyiləcək, bu qədər insan var və ora nəsə gətirmək lazımdır. Və sonda biz burada hər şeyi nəzarət altında saxlayırıq demək. Bu, təxribat olacaq”, - deyə o bildirib.

Siyasət rubrikasından digər xəbərlər