Krım körpüsündə iki terror aktının qarşısı alındı

14:41 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krım körpüsündə Ukrayna kəşfiyyat orqanları tərəfindən təşkil edilən iki terror aktının qarşısını alıb.

Hafta.az xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, şübhəlilərin üzərindən çoxlu miqdarda Finlandiya istehsalı olan partlayıcı maddə tapılıb. İddialara görə, partlayıcı maddələr Krıma təyyarə tipli pilotsuz uçuş aparatları vasitəsilə çatdırılıb.

Nəşrin məlumatına görə, iddia edilən təxribatın hazırlanması üçün daxili hissəsi tamamilə Peno plastik partlayıcı maddəsi ilə örtülmüş mikroavtobusdan da istifadə edilib. Bundan əlavə, partlayıcı maddələrin ikinci nəqliyyat vasitəsinin akkumulyatoruna töküldüyü iddia edilir.

Qeyd olunur ki, aşkar edilmiş partlayıcı maddələrin ümumi həcmi təxminən bir tona yaxın olub.