“Sabah” legioner basketbolçu ilə vidalaşıb

12:43 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” basketbol komandasında ayrılıq yaşanıb.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, Bakı təmsilçisi Hassani Qravett ilə vidalaşıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qravett “Sabah”da keçirdiyi müddət ərzində iki dəfə müntəzəm çempionatın, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.