Krımın Ukraynanın nəzarətinə keçməsi mümkün deyil - Peskov

17:44 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “Krımı geri alacağıq və sülhü bərpa edəcəyik” sözlərinə cavab verib. Ukraynanın Krımı almasının mümkün olmadığını deyən Peskov, "Krımın Ukraynanın nəzarətinə keçməsi mümkün deyil. Krım Rusiyanın ayrılmaz bir bütündür" deyib.

Peskov AB-nin Rusiyadakı 121 şəxs və təşkilatı hədəf alan 10-cu sanksiya paketi ilə bağlı verdiyi açıqlamada, "Bütün bunlar təbii ki, absurddur. Açığı, bunlara sanksiya məsələsi ilə heç bir əlaqəsi olmayan və anlaşılmaz insanlar daxildir" deyib.

Siyasət rubrikasından digər xəbərlər