Kriştiano Ronaldonun daha bir rekordu: instaqramda 600 milyon izləyici 

16:42 13.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo öz rekordlarına daha birini əlavə edib.

Hafta.az xəbər verir ki, futbolçunun instaqram səhifəsindəki izləyicilərinin sayı 600 milyona çatıb. O, instaqramda izləyicilərinin sayı 600 milyona çatan ilk şəxs olub.

Ulduz futbolçu bu səhifədəki hər paylaşımına görə 2,39 milyon dollar qazanır.

İnstaqram sosial şəbəkəsinin dünyada təxminən 1,21 milyard aktiv istifadəçisi var.