Külli miqdarda avtomobil ehtiyat hissələri aşkar edilib  - FOTO

21:00 01.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsində yük müşayiət sənədlərində qeyd edilməyən külli miqdarda avtomobil ehtiyat hissələri aşkar edilib.