Kür çayında batan şəxsin meyiti tapılıb

14:17 24.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.