Yazını böyüt
Yazını kiçilt
Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.