Kürdə batan yeniyetmənin meyiti tapılıb

13:53 21.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.