Kürdə suyun səviyyəsi kəskin artıb

10:08 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artıb.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin 28 iyun saat 08:30-a olan məlumatına əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.