Kürdəmirdə qətl törədən şəxs tutuldu

12:05 23.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.