Kursantlarımız ABŞ Hərbi Akademiyasını ziyarət etdi

23:20 16.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantları ABŞ Hərbi Akademiyasında olub.

 

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

 

“Səfirlik Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının aprel ayında Nyu-Yorkun Vest Poynt şəhərindəki ABŞ Hərbi Akademiyasına bir həftəlik səfəri zamanı çəkilmiş şəkillərini paylaşmaqdan məmnundur. Beynəlxalq Akademiya Mübadilə Proqramı çərçivəsində kursantlar ABŞ Hərbi Akademiyasını ziyarət etmişdilər”,- məlumatda qeyd edilib.