Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk - Salyandan Prezidentə yazırlar

18:48 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir.

Möhtərəm Prezident, pambıqçılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.

Hörmətlə,

Ağa Ağamaliyev

Nurlan Bürcəlizadə

Elşən Aydınov

İslam İmanov

Şamxal Məhərrəmov və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.

Oxunma sayı 2177