Yazını böyüt
Yazını kiçilt
Ukrayna ordusunun Kursk bölgəsinə hücumunda 120-yə yaxın gürcü yaraqlısı iştirak edir.
Hafta.az “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, bu haqda “The War Zone” saytı məlumat yayıb.
Amerika portalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumlarında "Gürcü legionu"nun 120-yə yaxın silahlısı iştirak edir.
Bundan əvvəl Kursk vilayətinə hücum edənlər arasında polşalı yaraqlıların da olduğu məlum olub.
“The War Zone” həmçinin ABŞ-nin Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməkdə davam etdiyini də bildirib.