Bu gün Səddam Hüseynin liderliyində İraq ordusunun Küveyti işğal etməsindən 33 il ötür. Məhz 1990-cı il avqustun 2-də səhər saatlarında İraq ordusu Küveyt torpaqlarına hücuma keçmişdi. Bu gün isə Küveyt xalqı və hökuməti 33 il əvvəl baş vermiş qanlı və dağıdıcı hərbi təcavüzü ürək ağrısı ilə yad edəcək.
Hafta.az-ın yazdığına görə, 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ərəb dünyasını silkələdi və Yaxın Şərqdə qüvvələr balansının dəyişməsinə səbəb olan böyük təlatümlə nəticələndi.
Ötən bazar ertəsi Nazirlər Şurasının iclasından sonra baş nazirin müavini, Nazirlər Kabineti üzrə İşlər, eləcə də Milli Assambleya üzrə Dövlət Naziri İsa Əhməd əl-Kəndari, Küveyt Əmiri Şeyx Əhməd Navaf əl-Əhməd əs-Sabahın sədrliyində “Əs-Saif” sarayında bir araya gəlib. Görüş zamanı mərhum Şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabah və mərhum Şeyx Səid Abdullah əs-Səlim əs-Sabahın oynadıqları mühüm rol yüksək qiymətləndirilib.
Nazirlər Şurasının verdiyi bəyanatda “Milli birlik modeli olan Küveyt xalqının xain təcavüzü qarşısındakı qətiyyəti və qəhrəmancasına fədakarlığı” vurğulanıb. Nazirlər Kabineti həmçinin əlavə edib ki, bu, ölkə üçün qiymətli qanlarını fidyə kimi vermiş Küveyt şəhidlərinin böyük fədakarlıqlarını xatırladır.
Küveyt Xəbər Agentliyi – KUNA-nın xəbərinə görə, Nazirlər Şurası qardaş və dost ölkələrdən Küveytin işğaldan azad edilməsində əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlıqlarını bildirib.