Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir - Ceyhun Bayramov

17:52 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir. Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb.

Hafta.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, dəhlizin prinsipləri və istiqamətləri var.

“Dəhliz bu prinsiplərə zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”, - deyə C.Bayramov əlavə edib.

Nazirin sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.

Oxunma sayı 1339
Siyasət rubrikasından digər xəbərlər