Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

23:14 26.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da coşqu ilə davam edir.

Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 46 gündür davam edir.

Oxunma sayı 241