Laçın-Xankəndi yolundakı aksiya 90 gündür davam edir

10:21 11.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.