İşğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb.
Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: "Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq", - H. Rüstəmov qeyd edib.
H.Rüstəmov bildirib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.