Latviya hökuməti Türkiyədə zəlzələdən zərərcəkmişlərə 700 min avro yardım ayırıb

11:50 08.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Latviyanın Azərbaycandakı Səfirliyi Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan itkisindən məyus olub. Biz bu zəlzələlərdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik".
 
Hafta.az-ın yazdığına görə, bu barədə Latviyanın ölkəmizdəki səfirliyinin facebook səhifəsində yazılıb.
 
Bu arada, qeyd olunub ki, Latviya hökuməti dağıdıcı zəlzələdən xilas olanlara yardım məqsədilə 700 min avro məbləğində maliyyə yardımı göstərməyə qərar verib. Bundan əlavə, Latviya həm də Avropa Birliyinin uyğun kanalları vasitəsilə edilən praktiki köməyi də əlaqələndirir.
 
"Latviya xalqı və hökuməti bir daha dost Türk xalqı ilə həmrəy olduğunu bildirir", - paylaşımda qeyd olunub.
 
Məlumat üçün bildirək ki, bu gün Latviya da daxil olmaqla, ISR Plaza-da yerləşən bütün Avropa ölkələri səfirlikləri Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ruhuna sayğı əlaməti kimi bayraqları yarıya endiriblər. 
Siyasət rubrikasından digər xəbərlər