Latviya Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir

18:00 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndiririk.

Hafta.az xəbər verir ki, bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

“Biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq”, - deyə Latviya Prezidenti bildirib.

Siyasət rubrikasından digər xəbərlər