Ləğv olunmuş separatçı rejimin keçmiş “dövlət naziri” də gizləndiyini bildirdi

20:19 28.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Artıq ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” və üzdəniraq “ombudsman”ı Artak Beqlaryan təhlükəsiz yerdə olduğunu bildirib.

Hafta.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.

“Çoxları soruşduğuna görə, ivazə verin, cavab verim: mən sərbəst və təhlükəsizəm. Çoxlu ictimai-özəl nifrət motivli təhqir və təhdidlər almağa davam etsəm də, Azərbaycandan mənə heç bir əsası olmayan təzyiqlər barədə məlumat verilməyib. Təhlükəsizlik səbəbi ilə yerimi açıqlaya bilmirəm”, - deyə Beqlaryan “X”-də çərənləyib .

Xatırladaq ki, 2023-cü il aprelin 23-dən Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başlayandan sonra Artak Beqlaryan bir müddət Ermənistandan Qarabağa keçə bilmədiyindən şikayətlənirdi. Onun sonra harada qalması haqda dəqiq məlumat verilmir...

Siyasət rubrikasından digər xəbərlər