Leyla Abdullayeva Fransadakı səfirlərlə görüşüb - FOTO

16:26 19.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva Pakistan və Özbəkistanın bu ölkədəki səfirləri Asim İftixar Əhməd və Sardor Rustambayevlə görüşüb.

Hafta.az xəbər verir ki, bunu Leyla Abdullayeva "Twitter"də yazıb.

“Qardaş ölkələr Pakistan və Özbəkistanın Parisdəki səfirləri ilə faydalı görüşlər və səmərəli fikir mübadilələri baş tutdu. Səmimi qəbul üçün hər iki həmkarıma təşəkkür edirəm” – deyə səfir Abdullayeva qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər