Leysan yağış İsmayıllıda kənd təsərrüfatına və yollara ziyan vurub - VİDEO

23:30 14.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Leysan yağış İsmayıllıda kənd təsərrüfatına və yollara ciddi ziyan vurub.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata əsasən, İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində 14 may 2020-ci il tarixində, saat 16:35 radələrində başlayan və bir saat davam edən leysan yağış dolu ilə müşahidə edilib.

Bir saat ərzində yağıntının miqdarı 42 mm olub. Saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.