Leysan yağışlar Şəkidə fəsadlar törədib - FOTO

19:45 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Leysan yağışlar Şəkidə fəsadlar törədib.

Hafta.az-ın APA-ya istinadən məlumatına görə, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana,  Kiş çaylarında suyun səviyyəsi bir-neçə dəfə artıb, çaylarda qısa müddət ərazində sel keçib.

Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə  prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən cox  istinad divarları dağılıb, bir-neçə iri ğövdəli ağaclar aşıb, işıq dirəkləri, telefon xətləri və qaz mağistralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb. Cayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb.