“Artıq bir neçə ildir ki, valyutadəyişmə ilə bağlı “qara bazar”ın fəaliyyəti sona çatıb. Qara bazar demək olar ki, yoxdur. Yəni, Azərbaycanda "exchange"lər bankların filial və şöbələrindən kənarda fəaliyyət göstərə bilməzlər. Əgər hansısa bankın lisenziyası ləğv olunursa, avtomatik olaraq həmin bankda valyuta mübadiləsi də dayandırılır”. Bu fikirləri hafta.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bankın ləğvetmə prosesində bütün bank əməliyyatları dayandırılır: “Ləğv prosesi aparılan bank yalnız bir növ üzrə xidmət göstərə bilir ki, bu da verilən kreditlərin geri qaytarılması ilə bağlıdır. Bu mərhələdə digər bank xidmətləri, o cümlədən valyuta mübadiləsi xidməti dayandırılır. Ona görə də lisenziyası ləğv olunan banklar valyuta mübadiləsi həyata keçirə bilməzlər”.