Litva Quantanamo məhbusuna 100 min avro təzminat ödəyəcək

10:42 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İnsan Haqları Məhkəməsi Litvanın 11 sentyabr hücumlarından sonra öz ərazisində MKİ-nin “qara mərkəzində” qeyri-insani rəftara məruz qalan Quantanamo məhbusuna 100 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Hafta.az-ın yazdığına görə. Avropa İnsan Haqları Məhkəməsi Səudiyyə Ərəbistanı vətəndaşı Mustafa əl-Həvsəvinin Litvadakı həbsxanada “son dərəcə sərt həbs praktikaları” ilə üzləşdiyini, bir nəfərlik kamerada saxlanma, ayaq buxovlarından daimi istifadə, səs-küyə və işığa məruzqalma kimi təcrübələrə üz-üzə qoyulduğunu müəyyən edib.

Məhkəmə, Litva rəsmilərinin Havsəvinin "Site Violet" kod adlı həbsxanada üzləşəcəyi pis rəftardan xəbərdar olduqlarını və MKİ ilə əməkdaşlıq edərək onun hüquqlarını pozduğuna, o cümlədən onun başqa MKİ mərkəzinə köçürülməsinə icazə verib.

Həvsəvini təmsil edən Redress təşkilatının hüquq müşaviri Kris Esdayle bildirib ki, proqram çərçivəsində ciddi insan haqları pozuntularına və məhkəmənin qərarlarına baxmayaraq, hələ görüləcək çox iş var.

"Pozuntularla bağlı məhdud araşdırmalar ABŞ və Avropada göz yuman fərdi cinayətkarları və ya yüksək səviyyəli siyasi liderləri məsuliyyətə cəlb edə bilmədi" deyib Esdayle.

Həvsəvi 2003-cü ilin martında 11 sentyabr hücumlarına görə məsuliyyət daşıdığı iddia edilən Xalid Şeyx Məhəmmədlə birlikdə Pakistanın Ravalpindi şəhərində ələ keçirilib və MKİ-yə təhvil verilib. O, MKİ-nin müxtəlif məxfi həbsxanalarında saxlanılıb, dindirilib və işgəncələrə məruz qalıb.

Həvsəvi 2006-cı ildə Quantanamoya göndərilənə qədər müxtəlif məxfi mərkəzlərdə saxlanılıb və sonda Quantanamoda həbs edilib.