Livan İsrailə qarşı yeni cəbhə açılmasına hazırlaşır - "Əl-Əxbar"

14:08 20.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 Livanın "Hizbullah"la əlaqəsi olan "Əl-Əxbar" qəzeti İsraildə hərbi əməliyyatların genişlənməsi halında Livanın fövqəladə vəziyyət planı hazırlamağa davam etməsi haqda məqalə dərc edib.

Hafta.az bu haqda İsrail mediasına istinadla məlumat yayıb.

Aydınlaşdırılır ki, hazırda kilsələr, məktəblər və digər ictimai qurumlar qaçqınlar üçün sığınacaqlara çevrilir.

Qəzetin yazdığına görə, ölkələrindəki müharibə səbəbindən Livanın cənubuna gəlmiş suriyalıların taleyinin necə olacağı hələ də qərarlaşdırılmayıb.

Oxunma sayı 85