Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Hafta.az-ın yazdığına görə, qəbulda Lökbatan qəsəbəsindən ümumilikdə 80-ə yaxın sakin, həmçinin rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sakinlərdən 22 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib. Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının digər qəsəbələrdə də əhali ilə görüşləri davam etdirilir.