Lökbatan qəsəbəsində yeni abad məhəllənin açılışı olub

16:33 07.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.

Hafta.az yazır ki, Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib. Mərasimdə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, siyasi irsinin təbliğinin əhəmiyyətindən, siyasi-iqtisadi və sosial kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Çıxış edənlər ölkə başçısının yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarına əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlardan danşılıb, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə toxunulub.

Yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, onbloklu binada yaşayan 100 ailənin istifadəsinə verilib. Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanmış və işıqlandırma sistemi çəkilib, 10 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınmış abad məhəllədə 1000 kv metr sahəyə qazon döşənib, 250 kubmetr münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadratmetr asfalt örtüyü vurulub, 2600 metr uzunluğunda asfaltüstü üfüqi xətlər çəkilib.

Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 160 kvadrat tamet, 500 kvadrat aqlay daşları döşənib, 300 metr səki daşı quraşdırılıb, 2000 metr dam örtüyü quraşdırılıb, 12000 kvadratmetr boyaq işi görülüb. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanıb və boya ilə rənglənib. Abad məhəllədə 2 kölgəlik , 7 oturacaq , 2 uşaq sürüşkəni quraşdırılıb. Binanın ətrafında Eldar şamı, aleandra və müxtəlif bəzək ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 200 metr su xətti çəkilib.

Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər.