Londonun ən məşhur incəsənət məkanı dağılmaq üzrədir

10:10 20.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Londonun ən prestijli incəsənət mərkəzlərindən olan Southbank Centre köhnə binalarına görə ciddi təmir ehtiyacı ilə üzləşib. Mərkəzin tarixi və mədəni dəyərlərini qorumaq üçün təxminən 200 milyon dollar büdcə tələb olunur.

Hafta.az-ın CNBC-ə istinadən yazdığına görə, Southbank Centre, dünyaca məşhur rəssamların və tədbirlərə ev sahibliyi edən Böyük Britaniyanın ən çox ziyarət edilən yerlərindən biri kimi tanınır.

Southbank Centre-nin baş icraçı direktoru Elain Bedell, təcili təmir üçün hökumətə 27 milyon funt sterlinq (təxminən 34 milyon dollar) ayırması üçün müraciət edi. Bedell xəbərdarlıq edib ki, sənət mərkəzi yenilənməsə, gələcəyi təhlükə altında olacaq.

Art-direktor Mark Ball vurğulayı ki, mərkəzin mədəni irsinin qorunub saxlanması təkcə fiziki təmirdən kənara çıxır.

Mərkəzin son illər yaşadığı maliyyə çətinlikləri onun kommersiya tərəfdaşlığına üz tutmasına səbəb olub. Apple ilə əməkdaşlıq və BAFTA mükafatlarının Royal Festival Hall-da keçirilməsi də bu addımlar sırasındadır. Bununla belə, dövlət qrantlarının azaldılması mərkəzin gələcək maliyyə sabitliyinə təhlükə yaradır.

2026-cı ildə 75 illik yubileyini qeyd etməyə hazırlaşan Southbank Centere böyük retrospektiv sərgi və klassik musiqi festivalı təşkil etməyi planlaşdırır. Lakin bu mötəbər sənət ocağının gələcəyi lazımi vəsaitin təmin edilib-edilməməsindən asılıdır.

Londonun mədəni simvollarından biri olan Southbank Centre-in taleyi həm sənət dünyası, həm də sənətsevərlər üçün mühüm sınaq olacaq.