Lukaşenka dollar və avronu “zəhərli valyutalar” adlandırdı

18:48 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dövlət xarici ticarət əməliyyatları üçün sahibkarlıq subyektlərinin hesablaşmalarının təmin edilməsi ilə bağlı problemlərin öhdəsindən gəlir. Hafta.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, indiki şəraitdə bu məsələ daha çox xarici banklardan asılıdır.

“Vəziyyət daha da mürəkkəbləşdi, lakin buna baxmayaraq, biz bunun öhdəsindən gəlirik. Ancaq bəzi məqamlar var. Mən bunu konkret müəssisələrə gedəndə, onlar kömək istəyəndə hiss edirəm”, - Lukaşenka bildirib.

Belarus lideri bank sektorunun nümayəndələri ilə görüşdə xarici ticarət əməliyyatları ilə bağlı bütün mübahisəli məsələlərə aydınlıq gətirməyi tələb edib. Belarus Prezidentinin qeyd etdiyi kimi, dünyada ixrac-idxal əməliyyatları üzrə hesablaşmaların 75%-dən çoxu dollar və avronun köməyi ilə həyata keçirilir.

"Dollar və avro bizim üçün zəhərli valyutalardır", - Lukaşenka vurğulayıb.