Malatyada yenidən zəlzələ baş verdi

21:52 25.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.6 ballıq maqnituda ilə qiymətləndirilib.

Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.