Malayziya səfirliyində ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

16:26 12.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Malayziyanın ölkəmizdəki səfirliyində 8-ci İllik Ümumi Yığıncaq keçirilib.
 
Hafta.az-ın yazdığına görə, Səfirliyin müvəqqəti işlər vəkili xanım Mardiana Mohammed Ruhaninin sədrliyi ilə keçirilən tədbirdə Katibin fəaliyyət hesabatının, eləcə də xəzinədar tərəfindən 31 dekabr 2022-ci il tarixində başa çatan maliyyə ili üzrə maliyyə hesabatının təqdimatı olub.
 
 
Bildirilib ki, səfirlik olaraq 2022-ci il ərzində 25 tədbiri uğurla həyata keçirib. İclasda həmçinin 2023-cü il üçün nəzərdə tutulan proqram və fəaliyyətlər müzakirə edilib.
 
İclasda müvəqqəti işlər vəkili xanım Ruhani ötən il ərzində qarşıya qoyulan vəzifələrini uğurla yerinə yetirən diplomatik heyətə minnətdarlığını bildirib və onları təbrik edib: "İnşallah, Səfirliyn nümayəndələri bu il də nəzərdə tutulan tədbirlərdə fəallıqlarını davam etdirəcək və hər zaman uğur qazanacaqlar!".
Siyasət rubrikasından digər xəbərlər