Malayziya səfirliyindən Azərbaycandakı malayziyalılara müraciət

13:27 20.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Malayziya səfirliyi Azərbaycanda yaşayan bütün Malayziya vətəndaşlarını Səfirlikdə öz mövcud ünvanlarını və yer məlumatlarını qeydiyyatdan keçirməyə və ya yeniləməyə çağırır”.

Hafta.az yazır ki, bu barədə səfirliyin sosial səhifəsində müraciət yayımlanıb. Malayziya vətəndaşlarına xitabən qeyd olunub ki, əgər hazırda Azərbaycan ərazisindədirlərsə, təqdim olunmuş QR kodu skan edib qeydiyyatı dərhal tamamlamalıdırlar.

Səfirlik bildirib ki, bütün bunlar vətəndaşların mənfəəti üçün vacibdir. Çünki məlumatlarınızın yenilənməsi səfirliyə vaxtında yardım etməyə, vacib elanları bildirməyə və lazım gəldikdə konsulluq dəstəyi göstərməyə imkan verir.