Malidə həlak olan "Vaqner" döyüşçülərinin sayı məlum olub

10:49 03.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malinin şimalında gedən döyüşlərdə 84 "Vaqner" döyüşçüsü həlak olub.

Bu barədə "Bloomberg" agentliyi "Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivələr" (CSP-PSD) üsyançı hərəkatının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, hökumət qoşununun həlak olan əsgərlərinin sayı 47-dir.

CSP-nin nümayəndəsi Mohamed Əl-Mövlud Ramadan isə öz növbəsində 30-dan çox düşmən əsgərinin yaralandığını, yeddisinin əsir götürüldüyünü, tanklar, silahlar və nəqliyyat vasitələri də daxil olmaqla, hərbi texnikanın ələ keçirildiyini və ya məhv edildiyini bildirib.