“Mall”ların açılması mümkündür - Qərargah

19:27 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sarı zona”da kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hərəkəti sərbəstdir”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, müvafiq arayışla “narıncı zona”da kənd təsərrüfatı ilə məşğul olanlar sərbəst hərəkət edirlər: “Yaxın qohumları vəfat edənlər “narıncı zona”dan “sarı zona”ya, “sarı zona”dan isə “narıncı zona”ya hərəkət edə bilər”.

İ. Məmmədov qeyd edib ki, növbəti mərhələdə “Mall”ların açılması mümkündür: “Açıq havada idman yarışlarının keçirilməsi də müzakirə olunur. Tibbi maskaların taxılması açıq havada tövsiyə olunur, qapalı məkanlarda isə tibbi maskalar məcburidir. Cərimə məsələsi də müzakirə olunur”.

Oxunma sayı 220