Masallıda restoranda yanğın

09:21 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonu, Qəriblər kəndində yerləşən restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Dərhal yanğınsöndürmə işləri həyata keçirilib və yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.