Masallıda sürücü sükan arxasında ürək tutmasından ölüb

10:19 21.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə oktyabrın 20-də, saat 22 radələrində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.