Masazırda gecə saatlarında ata ilə qızı döyüb xəstəxanalıq etdilər

11:04 26.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.

Trend-in məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.

Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.

Hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.