Yazını böyüt
Yazını kiçilt
Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.