Yazını böyüt
Yazını kiçilt
“Maşınların yuyulmasında içməli sulardan istifadə olunur. Buna kim nəzarət edir, bu qanunda bu öz əksini necə tapacaq, Su anbarlarına nəzarət, idarə olunması necə həyata keçirilir?”.
Hafta.az xəbər verir ki, bu tezislərlə Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, qlobal dünyanın içməli su ilə bağlı üzləşdiyi problemlərlə yanaşı “Su təchizatı və tullantı suları haqqında” Qanunun layihəsi ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi aspektindən önəmlidir.
M.İbrahimqızı eyni zamanda yaradılan yaşıllıqların su qıtlığı üzündən məhv olduğunu və buna ciddi yanaşılmanın olmasını mühüm hesab edib.