Mayın 11-dən ABŞ-a gedən turistlərdən "Covid" vaksini tələb olunmayacaq

10:30 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ hava yolu ilə səyahət edən beynəlxalq sərnişinlər üçün Covid-19 peyvəndi tələbinin gələn həftə qaldırılacağını açıqladı.

Hafta.az-ın yazdığına görə, Ağ Evdən verilən yazılı açıqlamaya əsasən, 2021-ci ildə Kovid-19 epidemiyası səbəbiylə alınan peyvənd öhdəliyi qərarı federal işçilər və hava yolları ilə səyahət edən beynəlxalq sərnişinlər üçün mayın 11-də sona çatacaq.

Açıqlamada xatırladılıb ki, Səhiyyə və İnsan Xidmətləri Nazirlikləri (HHS) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məktəblərdən, səhiyyə müəssisələrindən və quru sərhədlərindən gələn qeyri-Amerika vətəndaşları üçün peyvənd öhdəliyinə son qoyma prosesinə başlayıb. 

Dövlət Katibi Antoni Blinken və Daxili Təhlükəsizlik Naziri Alexandro Mayorkas, mayın 11-dən etibarən Kovid-19 epidemiyası ilə bağlı “Milli Fövqəladə Bəyannamə”nin ləğvi ilə qeyri-qanuni üsullarla ABŞ-a gələn qeyri-qanuni mühacirlərin prosedurları ləğv edəcək. 

Mayorkas, sərhəddə tutulanların dərhal deportasiya ilə yanaşı, 5 ilə qədər ölkəyə giriş qadağasına məruz qalacağını, bu pozuntuda əli olanların isə həbs ediləcəyini bildirib.

Alexandro Mayorkas ABŞ-ın Meksika ilə sərhədində baş verəcək immiqrasiya dalğasının və insanların bu əraziyə düşməsinin qarşısını almaq üçün əvvəlcə Qvatemala və Kolumbiyada, daha sonra isə regionun digər ölkələrində “immiqrasiya mərkəzləri” quracaqlarını açıqlayıb.

Kovid-19 epidemiyası zamanı ABŞ administrasiyası ölkə Konstitusiyasının ictimai sağlamlıq, vətəndaş hüquqları və sosial rifahla bağlı müddəaları özündə əks etdirən 42-ci maddəsinə əsasən Amerika torpaqlarına gələn qeyri-qanuni immiqrantları sürətlə deportasiya edirdi.

ABŞ prezidenti Co Bayden “Fövqəladə vəziyyət bəyannaməsi”nin ləğvi ilə bağlı qanun layihəsini aprelin 11-də imzalasa da, ABŞ Ali Məhkəməsi bu prosesi mayın 11-də dayandırmağa qərar verib.