Mbappe yenidən dünyanın ən bahalı oyunçusudur

19:29 23.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünya çempionatının bombardiri 24 yaşlı fransalı hücumçu Kilian Mbappe "Transfermarkt"ın versiyasına görə yenidən dünyanın ən bahalı futbolçusu olub - 180 milyon avro.

Dünya çempionatından əvvəl Mbappenin transferi 160 milyon avro dəyərində qiymətləndirilirdi. O, 22 yaşlı “Mançester Siti”nin oyunçusu Erlinq Haalandı (170 milyon avro) geridə qoyub.

Üçüncü yerdə "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior qərarlaşıb - 120 milyon avro.