Mədət Quliyev “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi sərgisindəki stendləri ziyarət edib

17:34 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 27-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi sərgisindəki stendləri ziyarət edib.

Bu barədə hafta.az-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazir sərgidə Türkiyə Respublikasının “TUSAŞ”, “ASELSAN”, “SANLAB”, “ARMELSAN”, “SDT Space & Defence Technologies” və digər şirkətlərin stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalarla tanış olub.

Mədət Quliyevlə “ASELSAN” və “TUSAŞ” şirkətlərinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.