Məhkəmədən qaçan müttəhim Ermənistan konsulluğuna sığındı

09:50 24.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda nadir “məhkəmə hadisəsi” baş verib: Rusiyada gömrük rüsumundan yayındığına görə mühakimə olunan keçmiş bürokrat Boris Avaqyan “siqaret çəkmək istədiyini” əsas gətirərək Sankt-Peterburqun Kroonstadt Rayon Məhkəməsindən qaçıb. Məhkəmə Avaqyanın işin yenidən açılması və onun barəsində həbs qərarı çıxarılarkən yoxa çıxdığını açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, 43 yaşlı təqsirləndirilən şəxs prosesdə hakimdən icazə aldıqdan bir müddət sonra yoxa çıxıb.

Hafta.az-ın yazdığına görə, yerli mənbələr erməni əsilli Avaqyanın Ermənistanın Vasilyevski adasındakı konsulluğuna sığınıb. Təqsirləndirilən şəxs özü “Faktİnfo”ya bildirib ki, konsulluqdadır və Rusiyada deyil, Ermənistanda mühakimə olunmaq istəyir. Məni saxlasınlar, istintaq orda aparılsın, günahım olub-olmadığımı məhkəmə müəyyən etsin”, - deyə təqsirləndirilən şəxs bildirib. Ermənistan hakimiyyəti faktı təsdiqləməyib. Avaqyana qarşı ittihamlar 2014-2015-ci illərdə ümumi dəyəri 4,2 milyard rubldan çox olan qaçaqmalçılıq əməliyyatlarından irəli gəlir. İddialara görə, xaricdən gətirilən məişət əşyaları daha ucuz tikinti materialı adı altında gizlənərək ölkəyə gətirilib. Müttəhim əvvəllər 2016-cı ildə Moskvada həbs edilib, lakin ev dustaqlığında olarkən Ermənistana qaçıb. Rusiyada yüksək vəzifələrdə çalışan Avaqyan 2018-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Qarabağda siyasi vəzifələrə yiyələnib. İndi onu həm Moskvada, həm də İrəvanda yenidən məhkəmə prosesləri gözləyir.